Mübarək söyüş söydü, AFFA cəza verdi

Mübarək söyüş söydü, AFFA cəza verdi

AFFA İntizam Komitəsinin növbəti iclası keçrilib. Fanat.Az xəbər verir ki, komitə üzvləri I divizionun IV turunda qeydə alınan qayda pozuntularına hüquqi qiymət verib.

MOİK-in futbolçusu Sənan Bayramzadə “Şərurspor”la oyunun 86-cı dəqiqəsində, “Mil-Muğan”ın üzvü Zöhrab Məmmədov “Şahdağ”la matçın 75-ci dəqiqəsində ikinci sarı vərəqəni alaraq meydandan kənarlaşdırılıb. Hər 2 futbolçu 1 oyunlun cəzalandırılıb, klubları 20 manat cərimə edilib.

“Qaradağ Lökbatan”ın futbolçusu Mübarək Şahquliyev "Ağsu" ilə oyunun 86-cı dəqiqəsində rəqibi təhqir etdiyinə görə birbaşa qırmızı vərəqə alıb. Ona 3 oyunluq cəza verilib, klubuna 160 manat cərimə kəsilib.

“Şəmkir” “Zaqatala” matçında 6, “Rəvan” “Bakılı” ilə görüşdə 5, MOİK “Şərurspor”la, “Ağsu” “Qaradağ Lökbatan”la oyunda 4 futbolçusu sarı vərəqə aldığından 80 manat cərimə ödəyəcək.

Fanat.Az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər