MPL:"Sumqayıt" "Şamaxı" matçında qalib müəyyənləşmədi, "Turan Tovuz"dan inamlı qələbə

MPL:"Sumqayıt" "Şamaxı" matçında qalib müəyyənləşmədi, "Turan Tovuz"dan inamlı qələbə

Avrokuboklardan sonra diqqətlər yenidən daxili yarışlara yönəlir.

Fanat.Az xəbər verir ki, bu gün Misli Premyer Liqasında 3-cü turun oyunları start götürüb.

Turun ilk günündə 2 matç baş tutacaq. Açılış oyununda sürpriz lider "Sumqayıt" "Şamaxı"nı sınağa çəkib.Görüş 1:1 hesablı bərabərliklə başa çatıb.

Günün digər qarşılaşması isə həm də turun mərkəzi oyunu sayılır. "Neftçi"avrokuboka iddialı "Turan Tovuz"a doğma meydanda minimal hesabla məğlub olub. 

Qeyd edək ki, turun “Zirə” – “Kəpəz” və “Araz-Naxçıvan” – “Qəbələ” oyunları 30 avqustda, “Karvan-Yevlax” – “Qarabağ” və “Sabah” – “İmişli” qarşılaşmaları 31 avqustda baş tutacaq.

Misli Premyer Liqası 1-ci dövrə, 3-cü tur 29 avqust

“Sumqayıt” – “Şamaxı” 1:1

Qol: Rikardo Apolinario, 63-öz qapısına. - Edqar Adilxanov, 75 Hakimlər: Kamal Umudlu, Namik Hüseynov, Vüsal Məmmədov, Emin Əliyev. VAR: Tural Qurbanov, Zöhrab Abbasov. Hakim-inspektor: Feyzi Feyzullayev. AFFA nümayəndəsi: Anar Şıxəliyev. Sumqayıt. Mehdi Hüseynzadə adına şəhər stadionu

“Sumqayıt”: 1. Mehdi Cənnətov, 7. Rüstəm Əhmədzadə, 8. Səbuhi Abdullazadə (k), 19. Roi Kehat, 9. Aleksandr Ramalinqom, 14. Pedro Pinto, 72. Rayan Senhadji, 23. Ronaldo Vaskez, 71. Masaki Murata, 80. Keffel Resende, 25. Abdul Raşid

Ehtiyat oyunçular: 22. Xəyal Fərzullayev, 56. Aftandil Arixov, 30. Kamran Quliyev, 6. Rauf Rüstəmli, 20. Ayxan Süleymanlı, 21. Nihad Əhmədzadə, 75. Nadir Orucov, 47. Hüseyn Xıdırov, 66. Ruslan Əliyev, 97. Vüsal Paşayev, 10. Nikola Ninkoviç, 11. Aleksa Yankoviç

“Şamaxı”: 1. Rikardo Fernandes, 17. Rafael Məhərrəmli (k), 5. Arsen Ağcabəyov, 27. Emil Süleymanov, 82. Rüfət Abbasov, 9. Karim Rossi, 10. Andrey Tirkoveanu, 3. Vladislav Veremeyev, 13. Rikardo Apolinario, 11. Dioqo Balau, 44. David Santos

Ehtiyat oyunçular: 62. Abdulla Seydəhmədov, 99. Səlim Həşimov, 21. Bilal İsmayılov, 97. Oruc Məmmədov, 7. Edqar Adilxanov, 14. Ravil Qafarov, 24. Sənan Muradlı, 6. Antonio Lara, 19. Abdullahi Şuaybu, 8. Alfons Msanqa

“Neftçi” – “Turan Tovuz” 0:1

Qol: Roberto Olabe, 6 Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Elvin Bayramov. VAR: Nicat İsmayıllı, Rahil Ramazanov. Hakim-inspektor: Ömər Paşayev. AFFA nümayəndəsi: Zaur Hacı-Məhərrəmov. Bakı. "Neftçi Arena"

"Neftçi": 13. Kenan Piriç (k), 4. Elvin Camalov, 15. Elvin Bədəlov, 77. Falaye Sako, 6. Sessi Dalmeyda, 24. Mustafa Sek, 5. İqor Ribeyro, 9. Bassala Sambu, 11. İmad Faraj, 10. Freddi Varqas, 23. Cordan Rezabala

Ehtiyat oyunçular: 1. Emil Balayev, 93. Rza Cəfərov, 8. Emin Mahmudov, 17. Murad Xaçayev, 7. Emil Səfərov, 19. Ağadadaş Salyanski, 47. Murad Məmmədov, 36. Həsən Mahmudov, 14. Edvin Kuç, 27. Kristian Kostin, 22. Luis Ortis, 28. Alessio Kurçi

"Sumqayıt": 1. Oleq Baklov, 29. Filip Ozobiç, 17. Rəhim Sadıxov, 88. Faiq Hacıyev (k), 5. Roderik Miller, 3. Enrike Silva, 23. Alexandro Serrano, 15. Emmanuel Hakman, 32. Hayderson Hurtado, 19. Roberto Olabe, 21. Aleks Souza

Ehtiyat oyunçular: 13. Mehman Hacıyev, 41. Sergey Samok, 4. Şəhriyar Əliyev, 10. Xəyal Nəcəfov, 11. Ayxan Hüseynov, 6. Fərid Yusifli, 2. Abdulla Rzayev, 77. Veysəl Rzayev, 9. Sadiq Şəfiyev, 90. Joarlem Santos, 99. Vadji İbrahima

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər