MPL: Tovuzda qol səsi çıxmadı, "Neftçi" "Araz-Naxçıvan"a aman vermədi

MPL: Tovuzda qol səsi çıxmadı, "Neftçi" "Araz-Naxçıvan"a aman vermədi

Misli Premyer Liqasında 2-ci tur davam edir.

Fanat.Az xəbər verir ki, bu gün turda daha iki oyun keçirilib.

"Turan Tovuz" doğma meydanda "Şamaxı"nı qəbul edib. Matçda hesab açılmayıb.

"Araz-Naxçıvan" isə səfərdə "Neftçi"nin qonağı olub. "Ağ-qaralar" rəqib qapısından 5 cavabsız top keçirərək 3 xalı aktivlərinə yazdırıblar.

Qeyd edək ki, ötən gün baş tutan görüşlərdə "Şəfa" səfərdə "Qəbələ"ni 1:0, "Zirə" isə evdə "İmişli"ni 3:1 hesabı ilə məğlub edib. 

Turun "Sabah" – "Sumqayıt" və "Qarabağ" – "Kəpəz" oyunları təxirə salınıb.

Misli Premyer Liqasə 2-ci tur 23 avqust 

“Turan Tovuz” – “Şamaxı” 0:0  Hakimlər: Rauf Cabarov, Eyyub İbrahimov, Tərlan Talıbzadə, Nicat İsmayıllı VAR: Vüqar Həsənli  AVAR: Zeynal Zeynalov Hakim-inspektor: Munis Abdullayev AFFA nümayəndəsi: Eldəniz Musayev Tovuz şəhər stadionu, 18:30

“Turan Tovuz”: 35. Aleksey Kenyaykin 21. Stiv Beusnar 3. Enrike Silva 23. Alexandro Serrano 90. Jo Batista 15. Emmanuel Hakman (k) 32. Hayderson Hurtado 7. Xorxe Silva 19. Roberto Olabe 33. Filip Damyanoviç 8. David Tavareş

Ehtiyat oyunçular: 1. Oleq Baklov 13. Mehman Hacıyev 4. Rahil Məmmədov 17. Rəhim Sadıxov 10. Xəyal Nəcəfov 88. Faiq Hacıyev 66. Raul Məmmədov 99. Sadiq Şəfiyev

“Şamaxı”: 1. Rikardo Fernandes (k) 80. Həbib İsmayılov 5. Emin Rüstəmov 97. Oruc Məmmədov 10. Edqar Adilxanov 25. Filipe Markes 13. Rikardo Apolinario 9. Tornike Axvlediani 3. Jota 4. Rui Paşeko 52. Abdul Raşid Mumini

Ehtiyat oyunçular: 62. Abdulla Seydəhmədov 96. Nicat Qaragözlü 14. Uğur Cahangirov 2. Fariz Xeyrullayev 7. Emil Süleymanov 77. Okan Təhməzli 88. Hacıəli Şirəliyev 17. Sənan Muradlı 66. Ceyhun Bağırzadə 11. Ayman Bouali 8. Teşaqer Dequ 19. Abdullahi Şuaybu

“Neftçi” – “Araz-Naxçıvan” 5:0

Qol: Breno Almeyda, 14, 17. Falaye Sako, 35. İqor Ribeyro, 41. Endryu Qravilyon, 90. Hakimlər: Rəşad Əhmədov, Elşad Abdullayev, Zöhrab Abbasov, Kamran Əliyev VAR: Tural Qurbanov  AVAR: Asiman Əzizli Hakim-inspektor: Ömər Paşayev  AFFA nümayəndəsi: Emin Cəfərov  “Palms Sports Arena” 20:45

“Neftçi”: 1. Emil Balayev 8. Emin Mahmudov (k) 14. Elvin Bədəlov 7. Emil Səfərov 3. Rüfət Abbasov 77. Falaye Sako 5. İqor Ribeyro 18. İfeanyi Metyu 29. Lyubomir Tupta 33. Breno Almeyda 10. Freddi Varqas

Ehtiyat oyunçular: 93. Rza Cəfərov 4. Elvin Camalov 17. Murad Xaçayev 6. Sessi Dalmeyda 24. Mustafa Sek 55. Endryu Qravilyon 20. Qustavo Klisman 11. Alen Şkribek 27. Draqolyub Saviç

“Araz-Naxçıvan”: 1. Artur Auqusto 29. Ceyhun Nuriyev 2. Abdulla Rzayev 8. Mustafa Əhmədzadə 6. Patrik Andrade (k) 17. İssuf Paro 11. Mohamed Mara 36. Mamadu Kane 12. Bruno Franko 5. Luka Dumançiç 19. Abdallah Sudi

Ehtiyat oyunçular: 99. Tərlan Əhmədli 14. Ülvi İsgəndərov 26. Ömər Buludov 13. Qabil Əlizadə 22. Rəşad Həsənov 9. Ağadadaş Salyanskiy 21. İbrahim Piriyev 77. Nihat Mehralıyev 27. Boyan Letiç 10. Şarl Boli 23. Alberto Fernandes

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər