Misli Premyer Liqasında XXIII tur davam edir.
Fanat.Az xəbər verir ki, turun ikinci oyun günündə iki görüş baş tutacaq.
Əvvəlcə "Şamaxı" "İmişli"ni qəbul edəcək. Saat 15:00-da başlayacaq qarşılaşmanı Vüqar Həsənli idarə edəcək. Qonşuların duelində meydan sahibləri qalib gələcəyi halda, Ayxan Abbasovun komandası 8-ci pillədə möhkəmlənməklə yanaşı, debütantla fərqi 8 xala çatdıracaq. Əks halda, bölgə təmsilçilərinin mövqe mübarizəsi artacaq.
Günün əsas qarşılaşması "Tofiq Bəhramov"da keçiriləcək. "Qarabağ" "Araz-Naxçıvan"ı qonaq edəcək.
Misli Premyer Liqası XXIII 8 mart
15:00. "Şamaxı” – “İmişli” Hakimlər: Vüqar Həsənli, Pərvin Talıbov, Tərlan Talıbzadə, Emin Əliyev. VAR: Tural Qurbanov, Asiman Əzizli. Hakim-inspektor: Ceyhun Həşimov. AFFA nümayəndəsi: Elçin Mehtiyev. Şamaxı. Şəhər stadionu.
19:15. "Qarabağ” – “Araz-Naxçıvan” Hakimlər: Rəşad Əhmədov, Elşad Abdullayev, Kərim Zeynalov, Kamranbəy Rəhimov. VAR: Rauf Cabarov, Kamran Bayramov. Hakim-inspektor: İmanxan Sultani. AFFA nümayəndəsi: Seymur Səlimli. Bakı. Tofiq Bəhramov adına Respublika Stadionu.