Misli Premyer Liqasında XXV tur davam edir.
Fanat.Az xəbər verir ki, ötən gün start götürən turun ikinci oyun günündə iki qarşılaşma baş tutacaq.
Əvvəlcə autsayder "Karvan-Yevlax" doğma meydanda "Zirə"ni qəbul edəcək. Saat 15:00-da başlayacaq qarşılaşmanı Rəşad Əhmədov idarə edəcək.
Günün növbəti oyununda lider "Sabah" "Sumqayıt"ı sınağa çəkəcək. Rəvan Həmzəzadənin baş hakimi olduğu matçın start fiti 19:15-də səsləndiriləcək.
Qeyd edək ki, turun açılış oyununda "Arz-Naxçıvan" "Şamaxı"nı səfərdə 1:0 hesabı ilə üstələyib.
Tura 21 martda yekun vurulacaq.
Misli Premyer Liqası XXV tur 19 mart
15:00. "Karvan-Yevlax" – "Zirə" Hakimlər: Rəşad Əhmədov, Eyyub İbrahimov, Gülnurə Əkbərzadə, Namiq Bəkirov. VAR: Cavid Cəlilov, Müslüm Əliyev. Hakim-inspektor: Şahin Cəfərov. AFFA nümayəndəsi: Mübariz Hüseynov. Yevlax. Şəhər stadionu.
19:15. "Sabah" – "Sumqayıt" Hakimlər: Rəvan Həmzəzadə, Zöhrab Abbasov, Şirmamed Mamedov, Vüqar Həsənli. VAR: Kamranbəy Rəhimov, Pərvin Talıbov. Hakim-inspektor: Orxan Məmmədov. AFFA nümayəndəsi: Zümrüd Ağayeva. Masazır. "Bank Respublika Arena".
