Bu gün Misli Premyer Liqasında XXI tur başlayır.
Fanat.Az xəbər verir ki, bu turda bir oyun - "Neftçi" - "Qarabağ" qarşılaşması təxirə salındığı üçün 5 matç baş tutacaq.
Turun ilk oyun günündə iki görüş keçiriləcək. Əvvəlcə "Zirə" "Turan Tovuz"la üz-üzə gələcək. Matç "Azərsun Arena"da oynanılacaq və saat 17:00-da başlayacaq.
Günün digər qarşılaşmasında isə "Sumqayıt" "Qəbələ"ni qəbul edəcək. "Gənclik şəhəri"ndə keçiriləcək görüş saat 19:30-da start götürəcək.
Qeyd edək ki, turun qalan oyunları həftəsonu keçiriləcək. "Qarabağ"ın ÇL oyununa görə "Neftçi" ilə görüşü isə qeyri-müəyyən müddətə təxirə salınıb.
Misli Premyer Liqası XXI tur 20 fevral
17:00. "Turan Tovuz" – "Zirə" Hakimlər: Rəvan Həmzəzadə, Cəmil Quliyev, Teymur Teymurov, Əkbər Əhmədov. VAR: Kamranbəy Rəhimov, Müslüm Əliyev. Hakim-inspektor: Feyzulla Feyzullayev. AFFA nümayəndəsi: İlham Əliyev. Suraxanı. "Azərsun Arena".
19:30. "Sumqayıt" – "Qəbələ" Hakimlər: Fərid Hacıyev, Rəhman İmami, Tərlan Talıbzadə, İslam Məmmədov. VAR: Cavid Cəlilov, Eyyub İbrahimov. Hakim-inspektor: İmanxan Sultani. AFFA nümayəndəsi: Eldəniz Musayev. Sumqayıt. Mehdi Hüseynzadə adına şəhər stadionu.
