MPL: "Zirə" "Sumqayıt"ı, "Sabah" "Neftçi"ni qəbul edir

MPL: "Zirə" "Sumqayıt"ı, "Sabah" "Neftçi"ni qəbul edir

Bu gün Misli Premyer Liqasında 32-ci tur başa çatacaq.

Fanat.Az xəbər verir ki, son gündə 2 oyun baş tutacaq.

“Zirə” “Sumqayıt”ı, “Sabah” “Neftçi”ni qəbul edəcək. Hər iki oyuna eyni saatda (18:00) start veriləcək. Zirədəki görüşü Cavid Cəlilov, Masazırdakı oyunu Kamal Umudlu idarə edəcək.

Daha öncə “Araz-Naxçıvan” “Kəpəz”ə (2:0), “Şamaxı” “Turan Tovuz”a (3:2), “Qarabağ” “İmişli”yə (3:0) qalib gəlib, “Karvan-Yevlax” “Qəbələ”yə uduzub – 1:2. 

Misli Premyer Liqası 32-ci tur 17 may

“Zirə” – “Sumqayıt” Hakimlər: Cavid Cəlilov, Kamran Bayramov, Müslüm Əliyev, Kamran Əliyev. Zirə İdman Kompleksinin stadionu. 18:00.

“Sabah” – “Neftçi” Hakimlər: Kamal Umudlu, Namik Hüseynov, Vüsal Məmmədov, Elvin Bayramov. “Bank Respublika Arena”. 18:00.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər