MPL: "Zirə" "Kəpəz"i qonaq edir, "Neftçi" "Turan Tovuz"la üz-üzə

MPL: "Zirə" "Kəpəz"i qonaq edir, "Neftçi" "Turan Tovuz"la üz-üzə

Misli Premyer Liqasında XXIII tur davam edir.

Fanat.Az xəbər verir ki, turun üçüncü oyun günündə daha iki qarşılaşma baş tutacaq.

Əvvəlcə "Zirə" doğma meydanda "Kəpəz"i sınağa çəkəcək. Saat 18:30-da başlayacaq qarşılaşmanı FİFA referisi Kamal Umudlu idarə edəcək.

Günün digər oyunu isə turun prinsipial qarşılaşmalarından sayılır. Belə ki, "Neftçi" evdə "Turan Tovuz" ilə üz-üzə gələcək. Küveytdə arzuolunmaz vəziyyətlə üzləşən və vətənə iki gün əvvəl dönə bilən FİFA referisi Əliyar Ağayevin idarə edəcəyi matçın start fiti saat 20:30-da səsləndiriləcək.

Qeyd edək ki, turun əvvəlki oyun günlərində "Karvan-Yevlax" "Sumqayıt" ilə (1:1), "Şamaxı" "İmişli" ilə (0:0) bərabərə qalıb, "Qarabağ" isə "Araz-Naxçıvan"ı böyük hesabla (6:0) məğlub edib.  

Tura sabah “Sabah” – “Qəbələ” matçı ilə yekun vurulacaq.

Misli Premyer Liqası XXIII tur 9 mart

18:30. “Zirə” – “Kəpəz” Hakimlər: Kamal Umudlu, Namiq Hüseynov, Vüsal Məmmədov, Alik Yunusov. VAR: Elvin Bayramov, Cavid Cəlilov. Hakim-inspektor: Zöhrab Qədiyev. AFFA nümayəndəsi: İlham Əliyev. Zirə. İdman Kompleksinin stadionu.

20:30. “Neftçi” – “Turan Tovuz” Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Rəvan Həmzəzadə. VAR: Elçin Məsiyev, Müslüm Əliyev. Hakim-inspektor: Anar Salmanov.  AFFA nümayəndəsi: Erkin Hüseynov. Bakı. “Palms Sports Arena”.

MPL: "Zirə" "Kəpəz"i qonaq edir, "Neftçi" "Turan Tovuz"la üz-üzə

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər