MPL: "Turan Tovuz" Şamaxı səfərində, lider "Qəbələ"yə qarşı

MPL: "Turan Tovuz" Şamaxı səfərində, lider "Qəbələ"yə qarşı

Bu gün Misli Premyer Liqasında XX tura yekun vurulur.

Fanat.Az xəbər verir ki, turun son oyun günündə iki qarşılaşma baş tutacaq.

Əvvəlcə "Turan Tovuz" səfərdə "Şamaxı" ilə qarşılaşacaq. Saat 14:30-da başlayacaq qarşılaşmanı FİFA referisi Tural Qurbanov idarə edəcək. 

Turun son matçı Qəbələdə keçiriləcək. Lider "Sabah" Kaxaber Tsxadadzenin baş məşqçisi olduğu "qırmızı-qaralar"ın qonağı olacaq. Qarşılaşmanın start fitini saat 17:30-da Rauf Cabarov səsləndirəcək.

Qeyd edək ki, tur çərçivəsində "Qarabağ" "Şamaxı"nı (1:0), "Neftçi" "Kəpəz"i (3:1), "Zirə" "Karvan-Yevlax"ı (1:0), "Araz-Naxçıvan" "Sumqayıt"ı (1:0) üstələyib.

Misli Premyer Liqası XX tur 16 fevral 

14:30. "Şamaxı" – "Turan Tovuz" Hakimlər: Tural Qurbanov, Asiman Əzizli, Cəmil Quliyev, İslam Məmmədov. VAR: Rəvan Həmzəzadə, Emin Əliyev. Hakim-inspektor: Şahin Cəfərov. AFFA nümayəndəsi: Eldar Məmmədov. Şamaxı şəhər stadionu.

17:30. "Qəbələ" – "Sabah"  Hakimlər: Rauf Cabarov, Eyyub İbrahimov, Şirmamed Mamedov, Rəşad Əhmədov. VAR: Kamranbəy Rəhimov, Elvin Bayramov. Hakim-inspektor: Babək Quliyev. AFFA nümayəndəsi: Elçin Mehtiyev. Qəbələ şəhər stadionu.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər