MPL: "Turan Tovuz" "Zirə"yə qarşı, "Sabah" autsayderi qəbul edir

MPL:  "Turan Tovuz" "Zirə"yə qarşı, "Sabah" autsayderi qəbul edir

Misli Premyer Liqasında 29-cu  tur davam edəcək

Fanat.Az xəbər verir ki, tura bu gün yekun vurulacaq.

Turun son günündə iki qarşılaşma baş tutacaq. Əvvəlcə "Turan-Tovuz" doğma meydanda "Zirə"ni qəbul edəcək. "Qartallar" Tovuzdan əliboş dönaə, çempionatın medallarından məhrum qalacağı rəsmiləşəcək. 

Turun bağlanış matçı Masazırda reallaşacaq. "Karvan-Yevlax" səfərdə lider "Sabah"ın qonağı olacaq. "Bayquşlar" doğma meydanda qalib gəlməklə, çempionluğa bir addım qalacaq. 

Qeyd edək ki, turun əvvəlki oyunlarında "Qarabağ"  "Neftçi"ni (5:1), "Sumqayıt" "İmişli"ni (2:0), "Şamaxı" "Kəpəz"i (2:0) üstələyib, "Qəbələ"  -  "Araz-Naxçıvan" qarşılaşmasında, isə qalib müəyyənləşməib (1:1). 

Misli Premyer Liqası 29-cu tur 27 aprel 

18:00. "Turan Tovuz" – "Zirə" Hakimlər: Rəvan Həmzəzadə, Akif Əmirəli, Şirmamed Mamedov, Elvin Bayramov.  VAR: Fərid Hacıyev, Teymur Teymurov.  Hakim-inspektor: Zöhrab Qədiyev.  AFFA nümayəndəsi: Mübariz Hüseynov.  Tovuz. Şəhər stadionu. 

20:00. "Sabah" – "Karvan-Yevlax" Hakimlər: Kamranbəy Rəhimov, Rəhman İmami, Kərim Zeynalov, İslam Məmmədov.  VAR: Əli Əliyev, Zöhrab Abbasov.  Hakim-inspektor: Əmrah İbrahimov.  AFFA nümayəndəsi: Elman Musayev.  Masazır. "Bank Respublika Arena". 

MPL:  "Turan Tovuz" "Zirə"yə qarşı, "Sabah" autsayderi qəbul edir

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər