Bu gün Misli Premyer Liqasında 4-cü tur başa çatacaq.
Fanat.Az xəbər verir ki, son gündə 2 qarşılaşma reallaşacaq.
“Turan Tovuz” “Sumqayıt”ı qəbul edəcək. Qarşılaşmanın baş hakimi Kamranbəy Rəhimov olacaq.
Turun son oyunu isə “Qarabağ”la “Araz-Naxçıvan” arasında keçiriləcək. Bu matçda ədaləti Cavid Cəlilovun rəhbərlik etdiyi hakimlər briqadası qoruyacaq.
Daha öncə “Kəpəz” “Şamaxı”ya (1:4) uduzub, “Qəbələ” “İmişli”yə (2:1), “Sabah” “Zirə”yə (5:0), “Neftçi” “Şəfa”ya (4:1) qalib gəlib.
Misli Premyer Liqası 4-cü tur 6 sentyabr
“Turan Tovuz” – “Sumqayıt” Hakimlər: Kamranbəy Rəhimov, Şirmamed Mamedov, Kərim Zeynalov, Ruslan Quliyev. VAR: Kamal Umudlu. AVAR: Vüsal Məmmədov. Hakim-inspektor: Orxan Məmmədov. Tovuz şəhər stadionu, 18:00.
“Qarabağ” – “Araz-Naxçıvan” Hakimlər: Cavid Cəlilov, Kamran Bayramov, Müslüm Əliyev, Emin Əliyev. VAR: Elçin Məsiyev. AVAR: Pərvin Talıbov. Hakim-inspektor: Munis Abdullayev. Tofiq Bəhramov adına Respublika Stadionu, 20:15.