Misli Premyer Liqasında 2-ci tur davam edir.
Fanat.Az xəbər verir ki, bu gün turda daha iki oyun keçiriləcək.
"Turan Tovuz" doğma meydanda "Şamaxı"nı qəbul edəcək. "Araz-Naxçıvan" isə səfərdə "Neftçi"nin qonağı olacaq.
Qeyd edək ki, ötən gün baş tutan görüşlərdə "Şəfa" səfərdə "Qəbələ"ni 1:0, "Zirə" isə evdə "İmişli"ni 3:1 hesabı ilə məğlub edib.
Turun "Sabah" – "Sumqayıt" və "Qarabağ" – "Kəpəz" oyunları təxirə salınıb.
Misli Premyer Liqasə 2-ci tur 23 avqust
“Turan Tovuz” – “Şamaxı” Hakimlər: Rauf Cabarov, Eyyub İbrahimov, Tərlan Talıbzadə, Nicat İsmayıllı VAR: Vüqar Həsənli AVAR: Zeynal Zeynalov Hakim-inspektor: Munis Abdullayev AFFA nümayəndəsi: Eldəniz Musayev Tovuz şəhər stadionu, 18:30
“Neftçi” – “Araz-Naxçıvan” Hakimlər: Rəşad Əhmədov, Elşad Abdullayev, Zöhrab Abbasov, Kamran Əliyev VAR: Tural Qurbanov AVAR: Asiman Əzizli Hakim-inspektor: Ömər Paşayev AFFA nümayəndəsi: Emin Cəfərov “Palms Sports Arena” 20:45