MPL: "Turan Tovuz" "Qəbələ"ni qəbul edir

MPL: "Turan Tovuz" "Qəbələ"ni qəbul edir

Bu gün Misli Premyer Liqasında 25-ci tur başa çatacaq.

Fanat.Az xəbər verir ki, son oyun günündə bir görüş reallaşacaq.

“Turan Tovuz” Sumqayıtda “Qəbələ” ilə qarşılaşacaq. Matçı Kamal Umudlu idarə edəcək.

Xatırladaq ki, daha öncə keçirilmiş oyunlarda “Şamaxı” “Araz-Naxçıvan”a (0:1), “Karvan-Yevlax” “Zirə”yə (0:1) uduzub, “Sabah” “Sumqayıt”ı (3:1), “Kəpəz” “Qarabağ”ı (1:0), “Neftçi” “İmişli”ni (6:0) məğlub edib.

Misli Premyer Liqası 25-ci tur 21 mart

“Turan Tovuz” – “Qəbələ” Hakimlər: Kamal Umudlu, Vüsal Məmmədov, Akif Əmirəli, Elçin Məsiyev. Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu, 16:00.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər