MPL: "Turan Tovuz" "Araz-Naxçıvan"a qarşı, "Neftçi"nin "Zirə" sınağı

MPL: "Turan Tovuz" "Araz-Naxçıvan"a qarşı, "Neftçi"nin "Zirə" sınağı

Misli Premyer Liqasında XXVIII tur başlayır. 

Fanat.Az xəbər verir ki, turun ilk oyun günündə iki qarşılaşma baş tutacaq.

Əvvəlcə "Turan Tovuz" səfərdə "Araz-Naxçıvan"ın qonağı olacaq. Sumqayıtda baş tutacaq görüşü Rauf Cabarov idarə edəcək.

Günün mərkəzi oyununda isə "Zirə" ilə "Neftçi" üz-üzə gələcək. Rəşad Sadıqov vaxtilə şərəfini qoruduğu "ağ-qaralar"la duelə həm də ona görə prinsipial yanaşır ki, hər iki komanda çempionatdan avrokuboka vəsiqə uğrunda mübarizəni davam etdirmək əzmindədir. Bu mənada xüsusilə "Neftçi"yə qələbə hava-su kimi vacibdir.

Qeyd edək ki, turun qalan oyunları şənbə və bazar günləri keçiriləcək.

Misli Premyer Liqası XXVIII tur 17 aprel 

17:00. "Araz-Naxçıvan" – "Turan Tovuz" Hakimlər: Rauf Cabarov, Akif Əmirəli, Şirmamed Mamedov, İslam Məmmədov. VAR: Fərid Hacıyev, Rəhman İmami. Hakim-inspektor: Rəhim Həsənov. AFFA nümayəndəsi: Emin Cəfərov. Sumqayıt. "SOCAR Polymer Arena".

19:30. "Zirə" – "Neftçi" Hakimlər: İnqilab Məmmədov, Namiq Hüseynov, Zöhrab Abbasov, Kamran Əliyev. VAR: Nicat İsmayıllı, Eyyub İbrahimov. Hakim-inspektor: İmanxan Sultani. AFFA nümayəndəsi: Anar Şıxəliyev. Zirə İdman Kompleksinin stadionu.

MPL: "Turan Tovuz" "Araz-Naxçıvan"a qarşı, "Neftçi"nin "Zirə" sınağı

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər