MPL: "Sumqayıt" "Karvan-Yevlax"a qarşı, "Qəbələ" "İmişli" ilə üz-üzə

MPL: "Sumqayıt" "Karvan-Yevlax"a qarşı, "Qəbələ" "İmişli" ilə üz-üzə

Bu gün Misli Premyer Liqasında XVIII tur start götürəcək.

Fanat.Az xəbər verir ki, turun ilk oyun günündə iki qarşılaşma baş tutacaq.

Turun açılış oyununda “Karvan-Yevlax” - Sumqayıt”ı qəbul edəcək.

Yevlax şəhər stadionunda təşkil olunacaq görüş saat 14:30-da start götürəcək.

"Qəbələ" isə doğma meydanda "İmişli"ni qəbul edəcək. Qəbələ şəhər stadionunda reallaşacaq matçın start fiti saat 17:00-da səslənəcək.

Qeyd edək ki, tura fevralın 1-də yekun vurulacaq.

Misli Premyer Liqası II dövrə, XVIII tur 30 yanvar

14:30. "Karvan-Yevlax" – "Sumqayıt" Hakimlər: Əli Əliyev, Eyyub İbrahimov, Zöhrab Abbasov, Murad Səlimov. VAR: İnqilab Məmmədov, Teymur Teymurov. Hakim-inspektor: Feyzulla Feyzullayev. AFFA nümayəndəsi: Bəhram Qurbanov. Yevlax şəhər stadionu.

17:00. "Qəbələ" – "İmişli" Hakimlər: Kamranbəy Rəhimov, Akif Əmirəli, Kərim Zeynalov, Ruslan Quliyev. VAR: Əliyar Ağayev, Rahil Ramazanov. Hakim-inspektor: Zöhrab Qədiyev. AFFA nümayəndəsi: Mübariz Hüseynov. Qəbələ şəhər stadionu.

MPL: "Sumqayıt" "Karvan-Yevlax"a qarşı, "Qəbələ" "İmişli" ilə üz-üzə

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər