Misli Premyer Liqasında 6-cı turun oyunları davam edir.
Fanat.Az xəbər verir ki, dünən start götürən tur çərçivəsində bu gün daha 2 matç baş tutub.
Günün ilk oyununda "Şamaxı" ilə "Sumqayıt" üz-üzə gəliblər. Turnir cədvəlinin ortalarında qonşu olan komandaların duelindən erkən qola sevinən meydan sahibləri qalib ayrılıblar.
Günün digər qarşılaşmasında "Qarabağ" "Səbail"i sınağa çəkib. Qurban Qurbanovun komandası "dənizçilər" üzərində minimal hesablı qələbə qazanıb.
Qeyd edək ki, dünən turun açılış oyununda "Araz-Naxçıvan" "Kəpəz"i 1:0 hesabı ilə məğlub edib. Turun son oyunları ("Zirə" - "Neftçi", "Sabah" - "Turan Tovuz") bazar günü keçiriləcək.
Misli Premyer Liqası 6-cı tur 14 sentyabr
“Şamaxı” – “Sumqayıt” 1:0
Qol: Giorgi Kantariya, 2 Hakimlər: Rəşad Əhmədov, Vüsal Məmmədov, Zöhrab Abbasov, Əli Əliyev VAR: Rauf Cabarov, Eyyub İbrahimov Hakim-inspektor: Zöhrab Qədiyev AFFA nümayəndəsi: Azər Əsgərov Şamaxı şəhər stadionu
"Şamaxı”: 1. Rikardo Fernandes, 4. Adil Nağıyev (k), 8. İlkin Muradov, 17. Rafael Məhərrəmli, 82. Rüfət Abbasov, 32. Vasiliye Radenoviç, 20. Leroy Mikels, 93. Brahim Konate, 7. Giorgi Kantariya, 9. Belajdi Pusi, 66. Vasiliye Bakiç Ehtiyat oyunçular: 85. Kamal Bayramov, 62. Abdulla Seydəhmədov, 60. Səbayıl Bağırov, 10. Emin Zamanov, 80. Zahid Mərdanov, 5. Arsen Ağcabəyov, 13. Ramin Əhmədov, 97. Elşad Tağıyev, 6. Rauf Rüstəmli, 22. Qurban Səfərov, 19. Fəxri Məmmədli, 11. Conatan Benteke Baş məşqçi: Ayxan Abbasov
“Sumqayıt”: 1. Mehdi Cənnətov, 6. Vüqar Mustafayev (k), 14. Elvin Bədəlov, 10. Rəhim Sadıxov, 7. Rövlan Muradov, 17. Murad Xaçayev, 8. Səbuhi Abdullazadə, 21. Nihat Əhmədzadə, 19. Roi Kehat, 99. Silvanus Nimeli, 5. Alan Dias Ehtiyat oyunçular: 36. Xəyal Fərzullayev, 56. Aftandil Arixov, 2. Sertan Taşkın, 30. Kamran Quliyev, 24. Sənan Muradlı, 11. Fernando Da Silva, 9. Nikola Vuynoviç, 18. Kristian Velinovski, 23. Cordan Rezabala, 60. Tresor Mossi Baş məşqçi: Samir Abasov
“Qarabağ” – “Səbail” 2:1 QolLar: Leandro Andrade, 6, 56 - Fərid Nəbiyev, 58. Hakimlər: Tural Qurbanov, Rəhman İmami, Müslüm Əliyev, Rauf Allahverdiyev VAR: Kamal Umudlu, Asiman Əzizli Hakim-inspektor: Ceyhun Haşımov AFFA nümayəndəsi: İlham Əliyev “Azersun Arena”
"Qarabağ”: 99. Mateuş Koxalski, 55. Bədavi Hüseynov (k), 24. Aleksey İsayev, 44. Elvin Cəfərquliyev, 27. Toral Bayramov, 10. Abdullah Zubir, 81. Kevin Medina, 18. Olavio Juninyo, 2. Mateus Silva, 6. Julio Romao, 15. Leandro Andrade Ehtiyat oyunçular: 97. Fabian Buntiç, 12. Sadiq Məmmədzadə, 20. Riçard Almeyda, 30. Abbas Hüseynov, 22. Musa Qurbanlı, 90. Nəriman Axundzadə, 66. Patrik Andrade, 19. Redon Cica, 11. Emmanuel Addai Baş məşqçi: Qurban Qurbanov
"Səbail”: 1. Hüseynəli Quliyev, 74. Yusif Nəbiyev (k), 77. Fərid Nəbiyev, 20. Mert Çelik, 11. Rüfət Abdullazadə, 83. Nihad Quliyev, 8. Qorka Laruçça, 44. Amir Bilali, 3. Dmitro Litvin, 7. Madi Queta, 5. Gitay Sofir Ehtiyat oyunçular: 12. Əlirza Müştəbazadə, 25. Nicat Məmmədzadə, 6. Cabir Əmirli, 18. Süleyman Əhmədov, 15. Vüsal Məsimov, 19. Samir Abdullayev, 17. Gülağa Əsədov, 16. Emin Rüstəmov, 10. David Qomis, 14. Suleyman Alluş Baş məşqçi: Şahin Diniyev