Misli Premyer Liqasında 3-cü tur başlayır.
Fanat.Az xəbər verir ki, üç günü əhatə edəcək turun açılış günündə 2 görüş baş tutacaq.
Turun ilk matçı Qəbələdə reallaşacaq. Meydan sahibləri "Şamaxı"nı qonaq edəcək. Hər iki komanda ilk iki turda qələbə qazana bilməyib. Bu o deməkdir ki, bölgə təmsilçilərinin duelində tərəflər mövsümdəki ilk zəfərini əldə etməyə çalışacaqlar.
Günün ikinci oyununda debütant "Şəfa" ilə "İmişli" üz-üzə gələcəklər. Bakılılar ötən tur "Qəbələ"yə qalib gəlibsə, bölgə təmsilçisi ilk iki oyunda 1 xalla kifayətlənib.
Qeyd edək ki, tur çərçivəsində “Kəpəz” – “Turan Tovuz” və “Zirə” – “Neftçi” oyunları sabah, “Araz-Naxçıvan” – “Sabah” və “Sumqayıt” – “Qarabağ” qarşılaşmaları isə bazar ertəsi baş tutacaq.
Misli Premyer Liqası 3-cü tur 29 avqust
18:00. “Qəbələ” – “Şamaxı” Hakimlər: Nicat İsmayıllı, Rəhman İmami, Şirmamed Mamedov, Ruslan Quliyev. VAR: Elvin Bayramov. AVAR: Rahil Ramazanov. Hakim-inspektor: Ramil Diniyev. AFFA nümayəndəsi: İlham Əliyev. Qəbələ şəhər stadionu.
20:15. “Şəfa” – “İmişli” Hakimlər: Tural Qurbanov, Asiman Əzizli, Cəmil Quliyev, İslam Məmmədov. VAR: Cavid Cəlilov. AVAR: Kərim Zeynalov. Hakim-inspektor: Ceyhun Haşımov. AFFA nümayəndəsi: Anar Şıxəliyev. Sumqayət. “SOCAR Polymer Arena”.
