MPL: "Şamaxı" "Qarabağ"ı, "Sabah" "Zirə"ni, "Neftçi" "Araz-Naxçıvan"ı qəbul edir

MPL: "Şamaxı" "Qarabağ"ı, "Sabah" "Zirə"ni, "Neftçi" "Araz-Naxçıvan"ı qəbul edir

Misli Premyer Liqasında 27-ci turun oyunları keçirilir.

Fanat.Az xəbər verir ki, bu gün daha 3 görüş baş tutacaq.

“Qarabağ” “Şamaxı”nın qonağı olacaqsa, lider “Sabah” “Zirə”ni qəbul edəcək. Günün son oyunu isə “Neftçi” və “Araz-Naxçıvan” arasında keçiriləcək.

Daha öncə baş tutmuş “Karvan-Yevlax” – “Kəpəz” matçında meydan sahibləri 4:1 hesabıyla qalib gəliblər.

“Qəbələ” – “İmişli” və “Turan Tovuz” – “Sumqayıt” oyunları sabah keçiriləcək.

Misli Premyer Liqası 27-ci tur 11 aprel

“Şamaxı” – “Qarabağ” Hakimlər: İnqilab Məmmədov, Elşad Abdullayev, Pərvin Talıbov, Vüqar Həsənli. Şamaxı şəhər stadionu, 15:30.

“Sabah” – “Zirə” Hakimlər: Tural Qurbanov, Cəmil Quliyev, Asiman Əzizli, Elvin Bayramov. “Bank Respublika Arena”, 18:00.

“Neftçi” – “Araz-Naxçıvan” Hakimlər: Əli Əliyev, Namiq Hüseynov, Rahil Ramazanov, Elçin Məsiyev. “Palms Sports Arena”, 20:00.

 

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər