MPL: "Şamaxı" "Kəpəz"i, "Neftçi" "Qarabağ"ı qəbul edir

MPL: "Şamaxı" "Kəpəz"i, "Neftçi" "Qarabağ"ı qəbul edir

Misli Premyer Liqasında 29-сu tur davam edir.

Fanat.Az xəbər verir ki, bu gün daha 2 oyun keçiriləcək.

“Şamaxı” “Kəpəz”i qəbul edəcək. Matçı Rəşad Əhmədov idarə edəcək.

Turun mərkəzi qarşılaşması isə “Neftçi” ilə “Qarabağ” arasında olacaq. Azərbaycan derbisində ədaləti Tural Qurbanov qoruyacaq.

Daha öncə “İmişli” “Sumqayıt”a 0:2 hesabıyla uduzub, “Qəbələ” – “Araz-Naxçıvan” matçında qalib müəyyənləşməyib – 1:1. “Turan Tovuz” – “Zirə” və “Sabah” – “Karvan-Yevlax” matçları sabah keçiriləcək.

Misli Premyer Liqası 29-cu tur 26 aprel

“Şamaxı” – “Kəpəz” Hakimlər: Rəşad Əhmədov, Zeynal Zeynalov, Gülnurə Əkbərzadə, Kamran Əliyev. Şamaxı şəhər stadionu, 16:00.

“Neftçi” – “Qarabağ” Hakimlər: Tural Qurbanov, Cəmil Quliyev, Asiman Əzizli, Kamranbəy Rəhimov. “Palms Sports Arena”, 19:00.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər