Misli Premyer Liqasında 31-ci tur davam edir.
Fanat.Az xəbər verir ki, bu gün 2 oyun keçiriləcək.
Əvvəlcə növbəti mövsümə elitada başlayacağı hələ dəqiqləşməyən "Qəbələ" "Qarabağ"ı qəbul edəcək.
Günün digər oyununda "Sumqayıt"la "Araz-Naxçıvan" qarşılaşacaq.
Daha öncə "Sabah" "Kəpəz"ə (0:1) uduzub, "İmişli" – "Zirə" (0:0) matçında qalib müəyyənləşməyib. "Turan Tovuz" – "Karvan-Yevlax" və "Neftçi" – "Şamaxı" oyunları sabah baş turacaq.
Misli Premyer Liqası 31-ci tur 9 may
"Qəbələ" – "Qarabağ" Hakimlər: İnqilab Məmmədov, Rahil Ramazanov, Orxan İbişov, İslam Məmmədov. Qəbələ şəhər stadionu, 17:00.
"Sumqayıt" – "Araz-Naxçıvan" Hakimlər: Rəvan Həmzəzadə, Şirmamed Mamedov, Tərlan Talıbzadə, Cavid Cəlilov. Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu, 19:30.