MPL: "Qarabağ" "Sumqayıt"a rəhm etmədi - Lider dəyişdi

MPL: "Qarabağ" "Sumqayıt"a rəhm etmədi - Lider dəyişdi

Misli Premyer Liqasında 17-ci tura yekun vurulub. 

Fanat.Az xəbər verir ki, turun son oyun günündə bir qarşılaşma baş tutub.

"Qarabağ" doğma meydanda "Sumqayıt"ı qəbul edib. Vaqif Cavadov futbolçu kimi parladığı sabiq komandasından ağır zərbə alıb. Belə ki, Qurban Qurbanovun yetirmələri görüşdən 5:0 hesablı qalibiyyətlə ayrılıblar.  

Qeyd edək ki, turun digər oyunlarında "Səbail" "Şamaxı" ilə, "Zirə" isə "Turan Tovuz"la qolsuz heç-heçəyə (0:0) razılaşıb. "Sabah" "Araz-Naxçıvan"ı 1:0, "Neftçi" isə "Kəpəz"i 2:1 hesabı ilə məğlub edib.  

Misli Premyer Liqası 17-ci tur 16 dekabr

“Qarabağ”– “Sumqayıt” 5:0 Qollar: Musa Qurbanlı, 7; 34. Nəriman Axundzadə, 45+1. Redon Cica, 76. Toral Bayramov, 90+3.

Hakimlər: Tural Qurbanov, Rəhman İmami, Asiman Əzizli, Əkbər Əhmədov VAR: Kamal Umudlu, Cəmil Quliyev Hakim-inspektor: Babək Quliyev AFFA nümayəndəsi: Zümrüd Ağayeva  Tofiq Bəhramov adına Respublika stadionu

“Qarabağ”: 97. Fabian Buntiç 55. Bədavi Hüseynov (k) 30. Abbas Hüseynov 27. Toral Bayramov 22. Musa Qurbanlı 90. Nəriman Axundzadə 66. Patrik Andrade 7. Yassin Benzia 2. Mateus Silva 15. Leandro Andrade 11. Emmanuel Addai Ehtiyat oyunçular: 99. Mateus Koxalski 1. Şahrudin Məhəmmədəliyev 12. Sadiq Məmmədzadə 20. Riçard Almeyda 44. Elvin Cəfərquliyev 10. Abdullah Zubir 8. Marko Yankoviç 18. Olavio Juninyo 6. Julio Romao 19. Redon Cica 21. Aleksey Kaşuk Baş məşqçi: Qurban Qurbanov

“Sumqayıt”: 1. Mehdi Cənnətov (k) 10. Rəhim Sadıxov 2. Sertan Taşkın 17. Murad Xaçayev 30. Kamran Quliyev 20. Ayxan Süleymanlı 66. Ruslan Əliyev 19. Roi Kehat 95. Miloş Miloviç 23. Cordan Rezabala 60. Tresor Mossi Ehtiyat oyunçular: 94. Rəşad Əzizli 56. Aftandil Arixov 6. Vüqar Mustafayev 41. Uğur Cahangirov 21. Nihad Əhmədzadə 24. Sənan Muradlı 64. Kənan Feyziev 12. Giorgi Karaişvili 9. Nikola Vuynoviç 5. Alan Dias Baş məşqçi: Vaqif Cavadov

MPL: "Qarabağ" "Sumqayıt"a rəhm etmədi - Lider dəyişdi

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər