MPL: "Qarabağ" "Kəpəz"lə qarşılaşır, "Neftçi"nin "İmişli" sınağı

MPL: "Qarabağ" "Kəpəz"lə qarşılaşır, "Neftçi"nin "İmişli" sınağı

Misli Premyer Liqasında XXV tur davam edir.

Fanat.Az xəbər verir ki, turun üçüncü günündə daha iki matç baş tutacaq.

Əvvəlcə "Qarabağ" "Kəpəz"lə qarşılaşacaq. Yevlaxda keçiriləcək və saat 15:00-da start götürəcək qarşılaşmanı gənc baş hakim Əli Əliyev idarə edəcək.

Günə “Neftçi” - “İmişli” matçı ilə yekun vurulacaq. Yeni FİFA referisi Tural Qurbanov “Palms Sports Arena” keçiriləcək oyunun start fitini 19:15-də səsləndirəcək.  

Qeyd edək ki, turun əvvəlki görüşlərində "Araz-Naxçıvan" "Şamaxı"nı, "Zirə" isə "Karvan-Yevlax"ı 1:0, "Sabah" isə "Sumqayıt"ı 3:1 hesabı ilə üstələyib.

Tura sabah yekun vurulacaq.

Misli Premyer Liqası XXV tur 20 mart 

15:00. “Kəpəz” – “Qarabağ”  Hakimlər: Əli Əliyev, Elşad Abdullayev, Tərlan Talıbzadə, Emin Əliyev VAR: Rauf Cabarov, Namiq Hüseynov Hakim-inspektor: Feyzulla Feyzullayev AFFA nümayəndəsi: Elman Musayev Yevlax şəhər stadionu.

19:15. “Neftçi” - “İmişli” Hakimlər: Tural Qurbanov, Asiman Əzizli, Cəmil Quliyev, Elvin Bayramov. VAR: İnqilab Məmmədov, Kamran Bayramov. Hakim-inspektor: Rəhim Həsənov. AFFA nümayəndəsi: Elgiz Abbasov. “Palms Sports Arena”. 

MPL: "Qarabağ" "Kəpəz"lə qarşılaşır, "Neftçi"nin "İmişli" sınağı

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər