MPL: "Kəpəz" "Turan Tovuz"u, "Zirə" "Neftçi"ni qəbul edir

MPL: "Kəpəz" "Turan Tovuz"u, "Zirə" "Neftçi"ni qəbul edir

Misli Premyer Liqasında 3-cü tur davam edir.

Fanat.Az xəbər verir ki, ikinci oyun günündə iki görüş baş tutacaq.

Öncə əzəli rəqiblər - "Kəpəz" və "Turan Tovuz" qarşılaşacaqlar. Gəncə şəhər stadionunda keçiriləcək oyunu Kamal Umudlu idarə edəcək.

Günün digər oyunu "Zirə" ilə "Neftçi" arasında olacaq. Turun mərkəzi qarşılaşmasında ədaləti Elçin Məsiyev qoruyacaq..

Daha əvvəl keçirilən “Qəbələ” – “Şamaxı” matçı qolsuz bitib, “Şəfa” “İmişli”yə yenilib – 0:1. “Araz-Naxçıvan” – “Sabah” və “Sumqayıt” – “Qarabağ” oyunları sabah keçiriləcək.

Misli Premyer Liqası 3-cü tur 30 avqust

“Kəpəz” – “Turan Tovuz” Hakimlər: Kamal Umudlu, Namiq Hüseynov, Vüsal Məmmədov, Rəşad Əhmədov VAR: Əli Əliyev AVAR: Kamran Bayramov Hakim-inspektor: Anar Salmanov AFFA nümayəndəsi: Erkin Hüseynov Gəncə şəhər stadionu, 18:00

“Zirə” – “Neftçi” Hakimlər: Elçin Məsiyev, Elşad Abdullayev, Pərvin Talıbov, Rauf Cabarov VAR: Əliyar Ağayev AVAR: Zeynal Zeynalov Hakim-inspektor: Şahin Cəfərov AFFA nümayəndəsi: Zaur Hacı-Məhərrəmov Zirə İK stadionu, 20:15

 

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər