MPL: "Karvan-Yevlax" "Sumqayıt"la oyunda yenilgidən sonda qurtuldu

MPL: "Karvan-Yevlax" "Sumqayıt"la oyunda yenilgidən sonda qurtuldu

Bu gün Misli Premyer Liqasında 23-cü tur start götürüb.

Fanat.Az xəbər verir ki, ilk gündə bir qarşılaşma baş tutub.

Turun açılış matçı Yevlaxda keçirilib. Autsayder “Karvan-Yevlax” “Sumqayıt”ı qəbul edib. Oyun qollu bərabərliklə yekunlaşıb.

“Şamaxı” – “İmişli” və “Qarabağ” – “Araz-Naxçıvan” sabah, “Zirə” – “Kəpəz” və “Neftçi” – “Turan Tovuz” matçları martın 9-da, “Sabah” – “Qəbələ” oyunu ayın 10-da keçiriləcək.

Misli Premyer Liqası 23-cü tur 7 mart

“Karvan-Yevlax” – “Sumqayıt” 1:1 

Qollar: Coy Sleyd Mikkels, 90+4 - Səbuhi Abdullazadə, 52-pen.  Hakimlər: Əli Əliyev, Rəhman İmami, Gülnurə Əkbərzadə, Ruslan Quliyev Yevlax şəhər stadionu, 15:00.

"Karvan-Yevlax": 99. Pedro Mateuş, 32. Elvin Yunuszadə (k), 6. Vadim Abdullayev, 16. Rauf Rüstəmli, 5. Emin Rüstəmov, 20. Coy Sleyd Mikels, 2. Şakil Sno, 11. Kayl Spens, 37. Mois Nqvisani, 19. Tompson Qavi, 21. İmani Barker. Ehtiyat oyunçular: 1. Kamran İbrahimov, 25. Əmrah Bulud, 7. Araz Abdullayev, 33. Eltun Turabov, 42. İbrahim Qədirzadə, 13. Vüsal Məsimov, 14. Uğur Cahangirov, 17. Samir Abdullayev, 8. Peter Kinqs, 4. Olavale Doyeni. Baş məşqçi: Füzuli Məmmədov.

"Sumqayıt": 22. Xəyal Fərzullayev, 7. Rüstəm Əhmədzadə, 8. Səbuhi Abdullazadə (k), 21. Nihad Əhmədzadə, 75. Nadir Orucov, 72. Rayan Senhadji, 6. Sedrik Badolo, 33. Danilo Beskorovaynı, 71. Masaki Murata, 80. Keffel Resende, 11. Aleksa Yankoviç. Ehtiyat oyunçular: 1. Mehdi Cənnətov, 12. Murad Ağamalıyev, 29. Emil Mustafayev, 24. Sənan Muradlı, 37. Nihad Orucəli, 97. Vüsal Paşayev, 95. Nsane Simon, 25. Abdul Raşid Mumini. Baş məşqçi: Saşa İliç.

 

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər