MPL: "İmişli" "Sumqayıt"a qarşı, "Qəbələ" "Araz-Naxçıvan"ı qəbul edir

MPL: "İmişli" "Sumqayıt"a qarşı, "Qəbələ" "Araz-Naxçıvan"ı qəbul edir

Misli Premyer Liqasında 29-сu tur başlayır. 

Fanat.Az xəbər verir ki, tur çərçivəsində bu gün iki görüş keçiriləcək. 

Hər iki oyun bölgədə baş tutacaq. Əvvəlcə Qubada "İmişli" ilə "Sumqayıt" münasibətlərinə aydınlıq gətirəcəklər. Saat 16:00-da başlayacaq qarşılaşmanı FİFA referisi Elçin Məsiyev idarə edəcək. 

Daha bir FİFA referisi Kamal Umudlunun baş hakimi olacağı ikinci qarşılaşmada isə "Qəbələ" "Araz-Naxçıvan"ı qəbul edəcək. Kaxaber Tsxadadzenin komandası ev oyunundan qalib ayrıla bilsə, azı bir günlük 10-cu pilləyə yüksələcək ki, bu yer elitada qalmaq uğrunda pley-off matçından yayınmağa imkan verir.  

Qeyd edək ki, turun qalan oyunları 26-27 apreldə keçiriləcək.   Misli Premyer Liqası 29-cu tur 25 aprel 

16:00. “İmişli” – “Sumqayıt” Hakimlər: Elçin Məsiyev, Elşad Abdullayev, Pərvin Talıbov, Alik Yunusov. VAR: Elvin Bayramov, Müslüm Əliyev. Hakim-inspektor: Anar Salmanov. AFFA nümayəndəsi: Eldar Məmmədov. Quba. Olimpiya İdman Kompleksinin stadionu.

18:30. “Qəbələ” – “Araz-Naxçıvan” Hakimlər: Kamal Umudlu, Namiq Hüseynov, Vüsal Məmmədov, Ruslan Quliyev. VAR: Vüqar Həsənli, Əkbər Əhmədov. Hakim-inspektor: Orxan Məmmədov. AFFA nümayəndəsi: Elçin Məmmədov. Qəbələ. Şəhər stadionu.

MPL: "İmişli" "Sumqayıt"a qarşı, "Qəbələ" "Araz-Naxçıvan"ı qəbul edir

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər