Növbəti mövsüm Misli Premyer Liqasında mübarizə aparacaq son iştirakçının adı bu gün bəlli olacaq.
Fanat.Az xəbər verir ki, Premyer Liqa uğrunda pley-off matçında iki bölgə təmsilçisi üz-üzə gələcək.
Elitada 10-cu yeri tutan "Qəbələ" I Liqanın gümüş mükafatçısı "Mingəçevir"lə qarşılaşacaq. Kaxaber Tsxadadzenin komandası yerini qorumağa çalışacaqsa, Ramiz Məmmədovun yetirmələri vəsiqəni təmin etməyə çalışacaqlar.
Görüş Sumqayıtda baş tutacaq və saat 18:30-da başlayacaq. Qarşılaşmanı FİFA referisi Tural Qurbanov idarə edəcək.
Misli Premyer Liqası Pley-off oyunu 28 may
18:30. “Qəbələ” – “Mingəçevir” Hakimlər: Tural Qurbanov, Cəmil Quliyev, Asiman Əzizli, İnqilab Məmmədov. VAR: Rəvan Həmzəzadə, Teymur Teymurov. Hakim-inspektor: Rəhim Həsənov. AFFA nümayəndəsi: Elçin Mehtiyev. Sumqayıt. “SOCAR Polymer Arena”.