MPL: “Neftçi”dən “Qəbələ” üzərində inamlı qələbə

MPL: “Neftçi”dən “Qəbələ” üzərində inamlı qələbə

Bu gün Misli Premyer Liqasında XX tura yekun vurulub.

Fanat.Az xəbər verir ki, üç günü əhatə edən turun son günündə daha iki oyun keçirilib.

Əvvəlcə "Araz-Naxçıvan" və "Sumqayıt" komandaları üz-üzə gəliblər. Hər iki komandanın qələbə qazanıb turnir mövqeyini yaxşılaşdırmaq imkanı vardı. Naxçıvan klubu 26 xalla 6-cı, "gənclik şəhəri" təmsilçisi 30 xalla 3-cü pillədə qərarlaşmışdı. Amma bu komandaların görüşündə qalib müəyyənləşməyib.

Tura "Neftçi" - "Qəbələ" matçı ilə yekun vurulub. Autsayder mövqeyindən qurtulmağa çalışan "Qəbələ"dən fərqli olaraq, "Neftçi" ilk "üçlüy"ə, hətta liderin ən yaxın izləyicisi statusunu ələ keçirməyə köklənmişdi. Paytaxt təmsilçisi 29 xalla 4-cü, "qırmızı-qaralar" 14 xalla sonuncu - 10-cu yerdəydi.

Dörd qolun qeydə alındığı bu oyunda isə meydan sahibləri qələbə qazanıblar.

Qeyd edək ki, XX turda "Turan Tovuz" "Səbail"i (3:1), "Qarabağ" "Kəpəz"i (2:1), "Sabah" isə "Zirə"ni məğıub edib.

Misli Premyer Liqası XX tur 28 yanvar

"Araz-Naxçıvan” – “Sumqayıt” 1:1  Qollar: Vanderson Melo, 59 - İsa Suliman, 45

Araz-Naxçıvan: 12. Kristian Avram, 6. Vadim Abdullayev, 3. Turan Manafov, 7. Nicat Süleymanov, 22. Elçin Mustafayev, 9. Elvis Maşike, 29. Vanderson Melo, 42. Kadiri Mohammed, 14. Miço Kuzmanoviç, 4. İqor Ribeyro, 27. Numan Kurdiç (k) Ehtiyat oyunçular: 91. Semir Bukviç, 1. Vüsal Şabanov, 39. Tural Bayramlı, 17. İldar Alekperov, 55. Zamiq Əliyev, 88. Tuqay Əlizadə, 11. Ramin Nəsirli, 13. Mirəli Əhmədov, 19. Aksel Nqando, 23. Nuno Rodriqes Baş məşqçi: Azər Bağırov

Sumqayıt: 1. Mehdi Cənnətov, 14. Elvin Bədəlov (k), 7. Rövlan Muradov, 17. Murad Xaçayev, 20. Ayxan Süleymanlı, 19. Roi Kehat, 11. Kasimir Ninqa, 4. İsa Suliman, 10. Kamran Aliev, 71. Masaki Murata, 60. Tresor Mossi Ehtiyat oyunçular: 15. Orxan Sadıqlı, 32. Murad Ağamalıyev, 30. Kamran Quliyev, 21. Nihad Əhmədzadə, 41. Uğur Cahangirov, 35. Sənan Muradlı, 12. Abu Dosso, 9. Erik Sorqa Baş məşqçi: Samir Abasov

Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Teymur Teymurov, Kamran Əliyev Hakim-inspektor: Rəhim Həsənov AFFA nümayəndəsi: Elgiz Abbasov “Dalğa Arena”

“Neftçi”– “Qəbələ” 3:1 Qollar: Emin Mahmudov, 61-pen. Dieqo Valdes, 67. Brayan Moreno, 90+5 - Emil Səfərov, 87. Qırmızı vərəqə: Zurab Oçiqava, 59.

Neftçi: 93. Rza Cəfərov, 8. Emin Mahmudov (k), 14. Eddi İsrafilov, 17. Rəhman Hacıyev, 19. Azər Salahlı, 4. Mark Tamaş, 6. Dieqo Valdez, 99. Ervin Koffi, 44. Yuri Matias, 9. Andre Şinyaşiki, 77. Yeqor Boqomolski Ehtiyat oyunçular: 30. Aqil Məmmədov, 95. Rəvan Kazımov, 10. Filip Ozobiç, 2. Qara Qarayev, 3. Höccət Haqverdi, 7. Azər Əliyev, 26. Ömər Buludov, 28. Turan Vəlizadə, 41. Samir Həsənov, 16. Lukas Melano, 88. Brayan Moreno, 20. Alfa Konte Baş məşqçi: Miodraq Bojoviç

Qəbələ: 13. Kristof Atanqana, 34. Urfan Abbasov (k), 28. Murad Musayev, 5. Rauf Hüseynli, 7. Emil Səfərov, 20. Bilel Auaşeriya, 3. Zurab Oçiqava, 19. Samuel Tetteh, 9. Əyyub Allaş, 72. Osama Xalayla, 8. Gilad Abramov Ehtiyat oyunçular: 1. Rəşad Əzizli, 36. Elməddin Sultanov, 11. Asif Məmmədov, 2. İlkin Qırtımov, 14. Ülvi İsgəndərov, 12. Nicat Əliyev, 33. Hüseyn Mürsəlov, 18. Mehrac Baxşalı, 71. Sənan Ağalarov, 27. Eşqin Əhmədov, 17. Yaovi Akakpo Baş məşqçi: Elmar Baxşıyev

Hakimlər: İnqilab Məmmədov, Rahil Ramazanov, Rəhman İmami, Vüqar Həsənli Hakim-inspektor: Ceyhun Haşımov AFFA nümayəndəsi: Erkin Hüseynov “Neftçi Arena”

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər