MPL: İkinci dövrə Yevlaxda start götürür, "Sumqayıt" "Qarabağ"la qarşılaşır

MPL: İkinci dövrə Yevlaxda start götürür, "Sumqayıt" "Qarabağ"la qarşılaşır

Bu gün Misli Premyer Liqasında ikinci dövrə - XII tur start götürür.

Fanat.Az xəbər verir ki, turun ilk oyun günündə iki qarşılaşma baş tutacaq.

Açılış matçı bu mövsüm ilk Premyer Liqa oyununa ev sahibliyi edəcək Yevlaxda reallaşacaq. Təmirdən sonra oyunları qəbul etməyə hazır olan arenada "Karvan-Yevlax" "Kəpəz"i qəbul edəcək. Yeri gəlmişkən, bundan sonra hər iki komanda ev oyunlarını burada keçirəcəklər. 

"Qarabağ" isə səfərdə "Sumqayıt"ın qonağı olacaq. Qurban Qurbanovun baş məşqçisi olduğu "köhlən atlar" bu mövsüm yeganə məğlubiyyətinin baiskarı olan "gənclik şəhəri" təmsilçisindən revamş almağa çalışacaq.

Qeyd edək ki, tur çərçivəsində "Araz-Naxçıvan" - "Turan Tovuz" və "Zirə" - "Qəbələ" görüşləri şənbə, "Sabah" - "Şamaxı" və "Neftçi" - "İmişli" qarşılaşmaları isə bazar günü keçiriləcək.

Misli Premyer Liqası XII tur 21 noyabr

14:00. "Karvan-Yevlax" – "Kəpəz" Hakimlər: Rauf Cabarov, Elşad Abdullayev, Pərvin Talıbov, Vüqar Həsənli. VAR: Elçin Məsiyev, Namiq Hüseynov. Hakim-inspektor: Asim Xudiyev. AFFA nümayəndəsi: İlham Əliyev. Yevlax şəhər stadionu.

19:00. "Sumqayıt" – "Qarabağ" Hakimlər: Fərid Hacıyev, Rəhman İmami, Kərim Zeynalov, Kamran Əliyev. VAR: Kamal Umudlu, Akif Əmirəli. Hakim-inspektor: Munis Abdullayev. AFFA nümayəndəsi: Zümrüd Ağayev. Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu.

MPL: İkinci dövrə Yevlaxda start götürür, "Sumqayıt" "Qarabağ"la qarşılaşır

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər