Bu gün Misli Premyer Liqasında 12-ci tura yekun vurulub.
Fanat.Az xəbər verir ki, sonuncu oyun günündə 2 qarşılaşma baş tutub.
Tovuzda autsayderlər "Kəpəz" və "Səbail" qarşılaşıblar. "Zirzəmi"də qərarlaşan qərb təmsilçisi matça əlavə olunmuş sonuncu dəqiqədə qalib gələrək, bir addım öndəki qonşusu ilə xal fərqini minimuma endirib və beləliklə, intriqanı artırıb.
Tura Sumqayıtda yekun vurulub. Şəhərin eyniadlı komandası "Sabah"ı qonaq edib. Vaqif Cavadovun baş məşqçi postuna təyinatından sonra uzun müddətli qələbəsiz seriyaya ötən tur son qoyan "Gənclik şəhəri" təmsilçisi bu dəfə masazırlıları büdrədib. Tovuzda olduğu kimi, görüşün taleyini matça əlavə olunmuş 5-ci dəqiqəddə vurulan bir qol həll edib. "Sumayıt" qələbə qazanan tərəf olub.
Qeyd edək ki, turun digər oyunları noyabrın 1-2-də keçirilib. Cümə günü baş tutan "Turan Tovuz" - "Qarabağ" matçında (0:0) qalib müəyyənləşməyib, "Araz-Naxçıvan" "Neftçi"yə qalib gəlib. Dünən isə "Zirə" "Şamaxı" ilə səfər görüşündən (2:0) 3 xalla dönüb.
Misli Premyer Liqası 12-ci tur 3 noyabr “Kəpəz” – “Səbail” 1:0 Qol: Camal Cəfərov, 90+5.
Hakimlər: Kamal Umudlu, Vüsal Məmmədov, Zöhrab Abbasov, Kamran Əliyev VAR: Cavid Cəlilov AVAR: Teymur Teymurov Hakim-inspektor: Rəhim Həsənov AFFA nümayəndəsi: Seymur Səlimli Tovuz şəhər stadionu.
"Kəpəz": 1. Rojerio Santos, 2. İlkin Qırtımov, 11. Orxan Əliyev, 7. Ehtiram Şahverdiyev, 70. Nicat Süleymanov, 5. Rauf Hüseynli, 26. Valdemar Almeyda, 9. Luis Paçu, 78. Yeqor Xvalko (k), 3. Mahamadu Ba, 77. Viktor Braqa Ehtiyat oyunçular: 22. Məmməd Hüseynov, 80. Tural Rzayev, 99. Əli Səmədov, 12. Turan Manafov, 8. Elmir Tağıyev, 20. Mahir Həsənov, 21. Camal Cəfərov, 17. Ümid Səmədov, 15. Cavad Kərimov, 10. Karim Lkoça, 19. Lassana Ndiaye Baş məşqçi: Azər Bağırov
"Səbail": 1. Hüseynəli Quliyev, 74. Yusif Nəbiyev (k), 77. Fərid Nəbiyev, 18. Süleyman Əhmədov, 20. Mert Çelik, 11. Rüfət Abdullazadə, 83. Nihad Quliyev, 8. Qorka Laruçça, 44. Amir Bilali, 3. Dmitro Litvin, 14. Suleyman Alluş Ehtiyat oyunçular: 12. Əlirza Müştəbazadə, 6. Cabir Əmirli, 15. Vüsal Məsimov, 19. Samir Abdullayev, 17. Gülağa Əsədov, 16. Emin Rüstəmov, 10. David Qomis Baş məşqçi: Şahin Diniyev
“Sumqayıt” – “Sabah” 1:0 Qol: Roi Kehat, 90+5.
Hakimlər: Rəvan Həmzəzadə, Cəmil Quliyev, Şirmamed Mamedov, Əkbər Əhmədov VAR: İnqilab Məmmədov AVAR: Namik Hüseynov Hakim-inspektor: Asim Xudiyev AFFA nümayəndəsi: Erkin Hüseynov M.Hüseynzadə adına stadion.
"Sumqayıt": 1. Mehdi Cənnətov, 6. Vüqar Mustafayev (k), 14. Elvin Bədəlov, 7. Rövlan Muradov, 17. Murad Xaçayev, 30. Kamran Quliyev, 8. Səbuhi Abdullazadə, 19. Roi Kehat, 95. Miloş Miloviç, 99. Silvanus Nimeli, 23. Cordan Rezabala. Ehtiyat oyunçular: 94. Rəşad Əzizli, 36. Xəyal Fərzullayev, 10. Rəhim Sadıxov, 2. Sertan Taşkın, 20. Ayxan Süleymanlı, 21. Nihat Əhmədzadə, 24. Sənan Muradlı, 11. Fernando Da Silva, 12. Georgi Xaraişvili, 9. Nikola Vuynoviç, 5. Alan Dias, 77. Cəsurbek Cəloliddinov. Baş məşqçi: Vaqif Cavadov.
"Sabah": 55. Nicat Mehbalıyev, 2. Amin Seydiyev (k), 77. Şakir Seyidov, 6. Abdulla Xaybulayev, 7. Boyan Letiç, 20. Coy Lens Mikels, 18. Pavol Şafranko, 40. İqor Noqeyra, 70. Jesse Sekidika, 3. Con İrasabal, 11. Kahim Parris. Ehtiyat oyunçular: 1. Yusif İmanov, 94. Rəvan Mirzəmmədov, 10. Namik Ələsgərov, 4. Elvin Camalaov, 17. Tellur Mütəllimov, 9. Anatoli Nuriyev, 5. Rəhman Daşdəmirov, 22. Abdulla Rzayev, 88. Xəyal Əliyev, 44. Sofian Çakla, 99. Neqoş Kupusoviç. Baş məşqçi: Krunoslav Renduliç.