MPL: Çempion "Sabah" debütant "Şəfa" ilə qarşılaşır

MPL: Çempion "Sabah" debütant "Şəfa" ilə qarşılaşır

Misli Premyer Liqasında 5-ci tura yekun vurulur.

Fanat.Az xəbər verir ki, bu gün turun son oyunu keçiriləcək.

Bağlanış matçında son çempionla debütant "Şəfa" münasibətlərinə aydınlıq gətirəcəklər. Tərəflər Sumqayıtda üz-üzə gələcəklər. Saat 19:00-da başlayacaq qarşılaşmanı gənc hakim Nicat İsmayıllı idarə edəcək.

Qeyd edək ki, turun əvvəlki oyunlarında "Neftçi" "İmişli"ni 3:2, "Kəpəz" "Qəbələ"ni 1:0 hesabı ilə məğlub edib. Üç görüşdə isə heç-heçə ("Sumqayıt" - "Şamaxı" 1:1, "Araz-Naxçıvan" - "Turan Tovuz" 2:2, "Zirə" - "Qarabağ" 1:1) qeydə alınıb.

Misli Premyer Liqası 5-ci tur 14 sentyabr 

19:00. “Şəfa” – “Sabah” Hakimlər: Nicat İsmayıllı, Rəhman İmami, Zöhrab Abbasov, Ruslan Quliyev. VAR: Əliyar Ağayev. AVAR: Gülnurə Əkbərzadə. Hakim-inspektor: Şahin Cəfərov.  AFFA nümayəndəsi: Bəhram Qurbanov. Sumqayıt. “SOCAR Polymer Arena”.

MPL: Çempion "Sabah" debütant "Şəfa" ilə qarşılaşır

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər