Mozes rəsmən Milan "İnter"ində

Mozes rəsmən Milan "İnter"ində

Ötən mövsüm "Fənərbaxça”nın "Çelsi”dən icarəyə götürdüyü Viktor Mozes bundan sonra "İnter”in uğurları üçün çalışacaq. Fanat.Az xəbər verir ki, bu barədə İtaliya klubunun rəsmi saytı məlumat yayıb. Nigeriyalı hücumçu ilə mövsümün sonuna qədər icarə müqaviləsi imzalanıb. Milan təmsilçisi icarə müddətinin sonunda futboçunu birdəfəlik transfer etmək hüququna malikdir.

Qeyd edək ki, 29 yaşlı forvard bu mövsüm "Fənərbaxça”da 7 oyuna 1 qol vurub. O,"Fənərbaxça"dan əvvəl "Liverpul" (2013-14), "Stok Siti" (2014-15)və "Veste Hem"də (2015-16) də icarə əsasında top qovub.

 

Fanat.Az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər