“Əlbəttə ki, milliyətcə erməniyəm. Amma heç vaxt Ermənistanda yaşamamışam. Bakıda doğulmuşam... Ancaq bu haqda danışmaq istəmirəm”. Fanat.az xəbər verir ki, bu sözləri Moskva “Spartak”ının hücumçusu Yura Movsisyan deyib.
1987-ci ildə Bakıda dünyaya göz açan, 12 yaşında ABŞ-a köçən, 3 il öncə Ermənistan yığmasında debüt edən Movsisyan Ermənistan mətbuatına müsahibəsində milliyə çağırılarkən seçim etməli olduğunu söyləyib: “Ermənistanla bağlı olmayan mövzularda danışmaq istəmirəm. ABŞ-a köçəndən sonra həyatımda müsbət dəyişikliklər oldu. ABŞ milli komandasında oynamaq imkanım vardı. Ancaq tarixi vətənim olan Ermənistanı seçdim”.
Qeyd edək ki, sözügedən futbolçu ABŞ-ın “Real Solt-Leyk”, “Kanzas Siti”, Danimarkanın “Randers” və Rusiyanın “Kuban” klublarında çıxış edib. O, 2013-cü ildən Moskva “Spartak”ının formasını geyir.
Fanat.az