Mourinyunun uğurlu seriyasını "Milan" qırdı

Mourinyunun uğurlu seriyasını "Milan" qırdı

İtaliya A Seriyasının 11-ci turunda "Roma" öz meydanında "Milan"a 1:2 hesabıyla məğlub olub.

Fanat.Az "Opta"ya istinadən xəbər verir ki, İtaliyanın paytaxtında qeydə alınan yenilgi nəticəsində "canavarlar"ın baş məşqçisi Joze Mourinyunun uzun sürən uğurlu seriyası qırılıb.

Belə ki, portuqaliyalı çalışdırıcı rəhbərlik etdiyi komandaların baş məşqçisi qismində son 43 ev oyununda uduzmamışdı.

Bu, Mourun 1994/95 mövsmündən bəri yaxaladığı ən uzun məğlubiyyətsiz oyunlar seriyası idi.

Nihat

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər