Mourinyu "Barselona"nın müdafiəçisini istəyir

Mourinyu "Barselona"nın müdafiəçisini istəyir

"Barselona"nın mərkəz müdafiəçisi Riki Puç karyerasını "Roma"da davam etdirə bilər.

Fanat.Az "Sport.es"ə istinadən xəbər verir ki, "canavarlar"ın baş məşqçisi Joze Mourinyu 22 yaşlı futbolçunun xidmətində şəxsən maraqlıdır.

Kataloniya təmsilçisinin əsas komandasında nadir hallarda forma şansı qazanan Puçun İtaliya klubuna yollanmaq perspektivinə isti yanaşdığı bildirilir.

Bu mövsüm "Barselona"da bütün turnirlər daxil olmaqla, 4 oyun keçirən Riki cəmi 72 dəqiqə meydanda olub. Onun İspaniya nəhəngi ilə olan müqaviləsinin müddəti 2023-cü ilin yayında başa çatacaq.

Nihat

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər