Joze Mourinyo dünya çempionatı ilə bağlı proqnoz verib. Fanat.az xəbər verir ki, portuqaliyalı mütəxəssis finalda qarşılaşacaq komandaların adlarını açıqlayıb.
Qrup mərhələsində sürpriz nəticələrin qeydə alınacağını bildirən Mourinyonun fikrincə, 1/4 finalda Braziliya - İngiltərə, Fransa - Almaniya, İspaniya - İtaliya və Argentina - Portuqaliya qarşılaşmalarının baş tutacaq. "Çelsi"nin baş məşqçisi İngiltərənin Braziliyanı mübarizədən kənarlaşdırmaq gücündə olduğunu bildirib.
Mourinyo bildirib ki, yarımfinalda İngiltərə Almaniya, Portuqaliya isə İtaliya ilə üz-üzə gələcək. Portuqaliyalı mütəxəssis bu cütlüklərdən İngiltərə və Portuqaliyanın finala çıxacağını deyib.
Üçüncü yer uğrunda matçda Almaniyanın qalib gələcəyini deyən Mourinyo dünya çempionununu adını açıqlamaqdan imtina edib.
Fanat.az