Moskva "Lokomotiv"inin baş məşqçisi İqor Çerevçenko karyerasını Azərbaycanda davam etdirə bilər. Fanat.az xəbər verir ki, bu barədə "Sportfakt" nəşri məlumat yayıb.
Məlmatda bildirilir ki, İqor Çerevçenko Azərbaycan və İran klublarından təklif alıb. Onun xidmətində maraqlı olan klubların adı açıqlanmır.
Məlumata görə, 41 yaşlı mütəxəssis böyük ehtimal ilə yaxın vaxtlarda "Lokomotiv"i tərk edəcək. Onun klubla müqaviləsi başa çatır və tərəflər onu uzatmağı planlaşdırmırlar.
Qeyd edək ki, İqor Çerevçenko 2015-ci ildən "Lokomotiv"i çalışdırır.
Fanat.az