Moskva "Lokomotiv"i Azərbaycan klubuyla oynayacaq- RƏSMİ

Moskva "Lokomotiv"i Azərbaycan klubuyla oynayacaq- RƏSMİ

Avroliqada oynayacaq “Qəbələ”nin hazırlıq planı bəllidi. Bu barədə Fanat.Az-a klubun əsas komandasının meneceri Səbuhi Səfiyarlı məlumat verib.

 

Avstriyaya yollanacağı haqda bir müddət öncə məlumat verdiyimiz komanda Tirol bölgəsində məskunlaşacaq. 7-22  iyun aralığında təlim-məşq toplanışında olacaq qəbələlilər 4 yoxlama oyunu keçirəcək.

 

"Qəbələ"nin rəqiblərindən birinin adı da məlumdu. İyunun 19-da "qırmızı-qaralar" keçmiş baş məşqçisi Yuri Syominin çalışdırdığı Moskva "Lokomotiv"iylə üz-üzə gələcək.

Fanat.Az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər