Moldovanın "Saxan" klubu azərbaycanlı sponsorla anlaşa bilməyib. Fanat.az xəbər verir ki, bu barədə soccer.md saytı məlumat yayıb.
Məlumatda bildirilir ki, ötən həftə tərəflər arasında görüş baş tutub. Belə ki, "Saxan"ın prezidenti Qriqore Kadin Azərbaycan şirkətinin nümayəndəsi İlqar Nəbiyevlə görüşüb. Lakin anlaşma baş tutmayıb. Tərəflərin hansı məsələlərdə anlaşa bilmədiyi açıqlanmır.
Sayt İlqar Nəbiyevin Moldova futbolçu üçün yad sima olmadığını bildirib. Belə ki, 2013-cü ildə bu ölkənin "Nistru" klubunda çıxış edib.
Saytın xəbərində həmçinin qeyd edilir ki, hazırda "Saxan"da vəziyyət heç də yaxşı deyil. Komanda hələ də ikinci dövrənin hazırlıqlarına başlamayıb. Rəhbərlik futbolçulara və məşqçilərə maaş verə bilmir.
Qeyd edək ki, "Saxan" Moldovanın yüksək liqasında çıxış etsə də, aşkar autsayderdi. Komanda cari mövsümün geridə qalan 16 turunda cəmi 4 xal toplaya bilib və 10 komanda arasında sonuncu pillədə qərarlaşıb.
Fanat.az