MOİK Xankəndidə oynasa belə...

MOİK Xankəndidə oynasa belə...

1-ci Liqa təmsilçisi MOİK-in yeni mövsümdə harada oynayacağı indilik dəqiqləşməyib.

Fanat.Az-ın əldə etdiyi məlumata görə, ordu klubunun rəhbərliyi ev oyunlarını Xankəndidə keçirmək planından əl çəkməyib.

Başqa sözlə, hazırda "hərbçilər"in rəqiblərini Qarabağda qəbul etmək ehtimalı 50-nin 50-yədir. Hazırda bu yöndə danışıqlar aparılır. Nazirlik komandası Xankəndidə oynasa belə, orada məskunlaşmayacaq, oyunlardan bir gün öncə sözügedən şəhərə yollanacaq. Xankəndi variantı alınmasa, komanda Binə qəsəbə stadionunda çıxış edəcək.

Xatırladaq ki, MOİK İlham Yadullayevin rəhbərliyi altında son mövsümü 33 xalla 6-cı pillədə başa vurub. 

Nihat

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər