MOİK rəsmiləri Xankəndiyə yollanır

MOİK rəsmiləri Xankəndiyə yollanır

1-ci Liqa təmsilçisi MOİK-in rəsmiləri Xankəndiyə yollanacaqlar.

Fanat.Az-ın əldə etdiyi məlumata görə, yeni mövsümdə ev oyunlarını sözügedən şəhərdə keçirəcəyi dəqiqləşən klubun nümayəndələri şəraitlə tanış olmaq və çatışmazlıqları vaxtında aradan qaldırmaq üçün Qarabağa gedəcəklər.

Xankəndiyə səfər avqustun 9-da baş tutacaq.

Xatırladaq ki, MOİK son mövsümü 33 xalla 6-cı pillədə başa vurub. Klubun bu yay müqaviləsinin müddəti bitən baş məşqçi İlham Yadullayevlə vidalaşacağı gözlənilsə də, rəhbərlik sözügedən mütəxəssislə anlaşma yeniləyərək onu postunda saxlamağı uyğun sayıb.

Nihat  

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər