MOİK "Xankəndi"ni üstələdi

MOİK "Xankəndi"ni üstələdi

Bu gün 1-ci Liqada çempionluğu hədəfləyən MOİK növbəti yoxlama oyununu keçirib.

Fanat.Az-ın məlumatına görə, "hərbçilər" Binə qəsəbə stadionunda sözügedən liqanın debütantı "Xankəndi" ilə üz-üzə gəlib.

Oyun nazirlik komandasının 1:0 hesablı qələbəsi ilə yekunlaşıb. Yeganə qola MOİK-in bu yay sıralarına cəlb etdiyi Kamran Quliyev imza atıb.

Xatırladaq ki, MOİK son mövsümü 33 xalla 6-cı pillədə başa vurub. Klubun bu yay müqaviləsinin müddəti bitən baş məşqçi İlham Yadullayevlə vidalaşacağı gözlənilsə də, rəhbərlik sözügedən mütəxəssislə anlaşma yeniləyərək onu postunda saxlamağı uyğun sayıb.

Nihat

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər