MOİK "bayquşlar"a qarşı

MOİK "bayquşlar"a qarşı

1-ci Liqada çempionluğu hədəfləyən MOİK yeni mövsümün hazırlıqlarını davam etdirir.

Fanat.Az-ın məlumatına görə, artıq "Marafon"la sınaq matçına çıxan və 2:2 hesablı bərabərliyə razılaşan "hərbçilər"in növbəti yoxlama görüşündəki rəqibi də bəlli olub.

"Hərbçilər" avqustun 8-də "Sabah"ın əvəzediciləri ilə üz-üzə gələcəklər. 

Xatırladaq ki, MOİK son mövsümü 33 xalla 6-cı pillədə başa vurub. Klubun bu yay müqaviləsinin müddəti bitən baş məşqçi İlham Yadullayevlə vidalaşacağı gözlənilsə də, rəhbərlik sözügedən mütəxəssislə anlaşma yeniləyərək onu postunda saxlamağı uyğun sayıb.

Nihat  

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər