I Liqada 2-ci tura start verilib.
Fanat.Az xəbər verir ki, ilk gündə 2 görüş baş tutub.
“İrəvan” – “Karvan” matçı qolsuz bitib. MOİK isə “İmişli”ni məğlub yola salıb.
Turun qalan oyunları sabah keçiriləcək.
I Liqa 2-ci tur 20 sentyabr
“İrəvan” – “Karvan” 0:0 Hakimlər: Kamal Umudlu, Rəhman İmami, Kərim Zeynalov, Fəridə Lütfəliyeva. “ASK Arena”, 13:00.
MOİK – “İmişli” 1:0 Qol: Samir İbrahimov, 54-pen. Hakimlər: Cavid Cəlilov, Rahil Ramazanov, Orxan İbişov, Vüqar Həsənli. Binə qəsəbə stadionu, 15:30.