Birinci Liqada mübarizə aparan MOİK qış hazılığını yekunlaşdırıb. "Hərbiçilər"in baş məşqçisi Qəzənfər Abbasovla əlaqə saxlayıb komandasının hazırkı vəziyyətindən nə dərəcədə razı qaldığını, heyəti gücləndirmək yönündə hansı addımları atdıqlarını öyrəndik.
Abbasovun Fanat.Az-a açıqlaması belə oldu:
"Yanvarın 21-dən hazırlığa başlamışdıq. Bu gün təlim-məşq toplanışı bitib. Son yoldaşlıq görüşünü "Füzuli" yə qarşı keçirdik. Görüş 2:1 hesablı qələbəmizlə yekunlaşdı. Birgünlük istirahətdən sonra yenidən məşqlərə başlayacağıq. Hələ ki, iki futbolçu ilə güclənmişik. Bir legioner oyunçu ilə də danışıqlar aparırıq".
Xatırladaq ki, MOİK 2023/2024 mövsümünün geridə qalan hissəsində 22 xal toplayıb və Birinci Liqanın turnir cədvəlində 3-cü pillədə qərarlaşıb.
Nahid Məmmədov