Moskva MOİK-i "Beşiktaş"ın transfer siyahısında olan Baktiyor Zaynutdinova qiymət qoyub.
Fanat.Az xəbər verir ki, məlumatı şəxsi "Twitter" hesabı üzərindən türkiyəli jurnalist Gökmen Özkan yayıb.
Xəbərə görə, MOİK futbolçusunu 5 milyon avroya satmaq niyyətindədir. Mənbə Türkiyə Futbol Federasiyasının yeni mövsümdən tətbiq etdiyi qaydalara əsasən, Qazaxıstan vətəndaşı olan Zaynutdinovun Türkiyə Super Liqasında legioner sayılmayacağını vurğulayaraq keçidin reallaşmaq ehtimalının az olmadığını bildirib.
Qeyd edək ki, sözügedən futbolçu son mövsümdə Rusiya Premyer Liqasında 21 matça çıxaraq 1 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb. O, komandası ilə son Rusiya Kubokunun da qalibi olub.
Nihat