MOİK-in hücumçusundan 3 qol: 1-ni elə, 2-ni belə...

MOİK-in hücumçusundan 3 qol: 1-ni elə, 2-ni belə...

Futbol üzrə I Divizionda XV tura start verilib. 

Fanat.Az xəbər verir ki, turun ilk oyun günü 3 matç baş tutub.

"Qarabağ" və "Qəbələ"nin əvəzediciləri hərəyə 1 qol vurub 1 xal qazanıblar. "Neftçi-2" MOİK-ə uduzub. Görüşdə hər üç qolu "hərbçilər"in hücumçusu İlham Allahverdiyev vurub. O, bu qollardan birini öz komandasının, ikisini isə rəqibin qapısına vurub. 

Turun sürpriz nəticəsi isə "İmişli" "Turan Tovuz" matçında qeydə alınıb. Autsayder mövqeyində olan Aran təmsilçisi liderin ən yaxın izləyicisini əliboş yola salmağı bacarıb. 

I Divizion XV tur 16 dekabr 

“Qarabağ-2” – “Qəbələ-2” 1:1 Qollar: Seyxan Fərəcov, 41 - Rauf Məhərrəmov, 44.

Hakimlər: Cavid Cəlilov, Şirmamed Mamedov, Samir Qaracayev, Əkbər Əhmədov Hakim-inspektor: İmanxan Sultani AFFA nümayəndəsi: Maşallah Əhmədov Binə qəsəbə stadionu, 13:30

“Neftçi-2” – MOİK 1:2 Qollar: İlham Allahverdiyev, 56-öz qapısına -  İlham Allahverdiyev, 24, 86.

Hakimlər: Kamal Umudlu, Cavanşir Yusifov, Zöhrab Abbasov, Emin Əliyev Hakim-inspektor: Ömər Paşayev AFFA nümayəndəsi: Bəhram Qurbanov Türk Hava Yolları Futbol Mərkəzi (IV meydança), 14:00

“İmişli” – “Turan Tovuz-2” 1:0 Qol: Comard Baxşəliyev, 41-pen. 

Hakimlər: Səbuhi Bayramov, Tərlan Talıbzadə, Asiman Əzizli, İslam Məmmədov Hakim-inspektor: Anar Salmanov AFFA nümayəndəsi: Yavər Rəhimov Saatlı OİK stadionu, 14:00

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər