MOİK-in futbolçusunu Madrid klubu istəyir - Agenti təsdiqlədi

MOİK-in futbolçusunu Madrid klubu istəyir - Agenti təsdiqlədi

Moskva MOİK-inin kolumbiyalı yarımmüdafiəçisi Xorxe Karraskal karyerasını İspaniyada davam etdirə bilər.

Fanat.Az Rusiyanın "Sport24" portalına istinadən xəbər verir ki, futbolçunun agenti Martin Rodriges Braziliyanın "Korintias" klubunun diqqət mərkəzində olan müştərisi ilə "Atletiko Madrid"in də maraqlandığını təsdiqləyib:

"Hə, "Korintians" və "Atletiko" Xorxe ilə maraqlanırlar. Ancaq hələ rəsmi təklif yoxdur. Adlarını çəkdiyim klublar bir müddətdir ki, onun çıxışını izləyirlər".

Qeyd edək ki, bu mövsüm MOİK forması ilə 18 oyuna çıxan Karraskal 5 qol və 6 məhsuldar ötürmə ilə yadda qalıb. "Transfermarkt" portalı onun transfer qiymətini 9 milyon avro ilə dəyərləndirir.

Nihat

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər