MOİK-in ev oyunlarını Xankəndidə keçirəcəyi dəqiqləşdi

MOİK-in ev oyunlarını Xankəndidə keçirəcəyi dəqiqləşdi

1-ci Liqa təmsilçisi MOİK-in yeni mövsümdə harada oynayacağı dəqiqləşib.

Fanat.Az-ın əldə etdiyi məlumata görə, ordu klubunun rəhbərliyi ev oyunlarını Xankəndidə keçirəcək.

Nazirlik komandası Xankəndidə oynasa belə, orada məskunlaşmayacaq. Komanda ev matçlarından bir gün öncə sözügedən şəhərə yollanacaq. 

Xatırladaq ki, MOİK son mövsümü 33 xalla 6-cı pillədə başa vurub. Klubun bu yay müqaviləsinin müddəti bitən baş məşqçi İlham Yadullayevlə vidalaşacağı gözlənilsə də, rəhbərlik sözügedən mütəxəssislə anlaşma yeniləyərək onu postunda saxlamağı uyğun sayıb.

Nihat  

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər