MOİK fransalı yarımmüdafiəçi ilə müqavilə bağlaya bilər

MOİK fransalı yarımmüdafiəçi ilə müqavilə bağlaya bilər

Fransalı yarımmüdafiəçi Deme Oumar karyerasını Azərbaycanda davam etdirməyə yaxındır.

Fanat.Az-ın əldə etdiyi məlumata görə, Seneqal vətəndaşlığı da olan 21 yaşlı futbolçu hazırda Bakıdadır.

"Mets"in yetirməsi olan oyunçu MOİK-in düşərgəsindədir. "Hərbçilər"in baxışa çağırdığı Oumar baş məşqçi İlham Yadullayevin ümidlərini doğruldacağı halda, onunla 1 mövsümlük müqavilə imzalanacaq.

Xatırladaq ki, MOİK son mövsümü 33 xalla 6-cı pillədə başa vurub. Klubun bu yay müqaviləsinin müddəti bitən baş məşqçi İlham Yadullayevlə vidalaşacağı gözlənilsə də, rəhbərlik sözügedən mütəxəssislə anlaşma yeniləyərək onu postunda saxlamağı uyğun sayıb.

Nihat  

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər