Mişel Platini Bakıya gələcək

Mişel Platini Bakıya gələcək

UEFA-nın prezidenti, FIFA prezidenti vəzifəsinə namizəd Mişel Platini Bakıya gələcək.

"Report"un məlumatına görə, səfər AFFA-nın dəvəti ilə oktyabrda baş tutacaq.

M.Platini Mərdəkan qəsəbəsindəki AFFA Futbol Mərkəzinin ərazisində inşa olunmuş Azərbaycan milli komandalarının təlim-məşq bazasının açılışında iştirak edəcək və AVRO-2016-nın seçmə mərhələsində oktyabrın 10-da Bakı Olimpiya Stadionunda keçiriləcək Azərbaycan – İtaliya oyununu izləyəcək.

Qeyd edək ki, UEFA prezidenti Azərbaycan milli komandalarının təlim-məşq bazasının 2013-cü il sentyabrın 21-də keçirilmiş təməlqoyma mərasimində iştirak edib.

Fanat.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər